06 apr 12:47dunya

ABŞ-ın İraqdakı neft yataqları vuruldu

ABŞ-ın İraqdakı neft yataqları vuruldu
İraqın Bəsrə vilayətində ABŞ şirkətlərinə məxsus neft yataqları atəşə tutulub.

Axar.az xəbər verir ki, bu barədə “Baghdadtoday” portalı məlumat yayıb.

“İraqda fəaliyyət göstərən ABŞ-ın “Halliburton” şirkətinə məxsus yataqların yerləşdiyi Zübeyr kəndinə 5 raket atılıb. Raketlərdən biri neft quyusunun yaxınlığında partlayıb”, - məlumatda qeyd olunub.

Tələfat və dağıntılarla bağlı məlumat verilmir.
XƏBƏR LENTİ
SORĞU