Sizin Reklam Burada

Dünyada koronavirusa görə ölüm sayı durmadan artır

Dünyada koronavirusa görə ölüm sayı durmadan artır
Dünyada koronavirusa yoluxma sayı 1 274 923 nəfərə çatıb. Son dəqiqələrə olan statistikaya görə, bu dəhşətli virusdan ölənlər sayı isə 69 479 nəfəri ötüb.

Yoluxma sayına görə ABŞ dünyada birinci yerdə durur. Ölkədə durmadan artan yoluxma bu dəqiqələrdə rəsmi məlumatlara görə, 337 620 nəfərə çatıb. Xəstəlikdən ölənlər isə 9 643 nəfərdən çoxdur.

Virusun tuğyan etdiyi İtaliyanı geridə qoyan İspaniyada virusa 131 646 nəfər yoluxub. Ölüm sayı isə rekord həddə 12 641 nəfərə yüksəlib.

İtaliyada 128 948 nəfər isə COVİD – 19-dan əziyyət çəkir. Bu səbəblə dünyasını dəyişənlər isə 15 887 nəfərdir.

Son məlumatlara görə Almaniyada 100 123 insan virusla mübarizə aparır. Onlardan 1584 nəfər vəfat edib.

Fransada yoluxma sayı 93 780 , vəfat edənlərin sayı isə 8 093 nəfərə yüksəlib.
İranda bu saatda koronavirusdan ölənlər 3 603 nəfərdir.

Qardaş ölkə Türkiyədə də nəticələr heç də ürək açan deyil. Son məlumatlara görə, ölkədə 27069 nəfər virusa yoluxub. 574 nəfər isə bu səbəblə həyatını itirib.

Digər ölkələrdə isə ölüm sayı İngiltərə 4943, İsveçrə 715, Belçika 1447, Hollandiya 1771, Kanada 281, Avstriya 204 nəfər olub.

Ölkə.Az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər