Koronavirusa yoluxan baş nazir xəstəxanaya yerləşdirildi
Dərc olunub:
6-04-2020, 09:02
Ötən ayın axırlarında koronavirusa yoluxan İngiltərənin Baş Naziri Boris Conson xəstəxanaya yerləşdirilib.
Avrasiya.net xəbər verir ki, Baş nazirin tempraturu yüksəldiyi üçün xəstəxanaya müraciət edib.
Qeyd edək ki,Boris Conson martın 27-də koronavirusa yoluxub. Koronavirus testi pozitiv çıxan Baş nazir ev şəraitində izolyasiya olunurdu.