Sizin Reklam Burada

Məkkə və Mədinədə komendant saatı elan edildi

Məkkə və Mədinədə komendant saatı elan edildiYeni növ koronavirus pandemiyası ilə bağlı Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində 24 saat ərzində komendant saatı elan edilib.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunub ki, cümə axşamı günündən etibarən tətbiq olunan komendant saatında insanlara yalnız səhər saat 6:00-dan günorta 15:00-dək ərzaq və dərman almaq üçün küçəyə çıxmağa icazə veriləcək. Sakinlərə yaşadıqları evlərdən çıxmamaq bərədə xəbərdarlıq edilib. Sözügedən şəhərlərdə ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün kommersiya fəaliyyəti qadağan edilib.

Ötən həftə Kral Salman bin Əbdüləzizin sərəncamı ilə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlər daha da sərtləşdirilib. Həmin sərəncamla Ər-Riyad, Məkkə və Mədinəyə giriş-çıxışlar qadağan edilmişdi.

Səudiyyə Ərəbistanında indiyədək COVID-19 virusuna 1885 nəfər yoluxub, 21 insan isə həyatını itirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər