Peyğəmbər zamanından bəri bir ilk

Peyğəmbər zamanından bəri bir ilkBu gün bütün dünya, o cümlədən müsəlman ölkələri koronavirusdan əziyyət çəkir.

Bu sözləri Axar.az-a açıqlamasında QMİ sədrinin müavini Hacı Sabir Həsənli Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Məhəmməd Saleh bin Tahirin yalnız koronavirusun nəticələri bəlli olduqdan sonra ölkələrlə Həcc üçün müqavilələr imzalanacağı haqda açıqlamasını şərh edərkən deyib. S.Həsənli qeyd edib ki, bu, proseslər bitənə kimi müsəlmanların Həcc ziyarətinə gedə bilməyəcəyi deməkdir:

“İslam tarixində ilk dəfədir ki, belə bir hal yaşanır. Mövcud vəziyyətlə əlaqədar müsəlman ölkələrində xüsusi tədbirlər görülür. İnsanlara ibadətlərini evlərində edilməsi məsləhət görülür. Səudiyyə Ərəbistanı da bu virusun zəvvarlar arasında yayılmasının qarşısını almaq məqsədilə belə bir qərar verib. Düzdür, bu, Peyğəmbər zamanından bəri bir ilkdir. Amma nəzərə almaq lazımdır ki, hər il dünyada 25 milyon zəvvar Məkkə və Mədinəni ziyarət edir. Bu gün belə bir vəziyyətdə Həcc ziyarətinin edilməsi düzgün deyil. Əlbəttə, islamın 5 mühüm şərtindən biri də Həcc ziyarətidir. Amma hazırkı vəziyyətdə insanlar virusa yoluxa bilərlər. Ona görə də insanlar ilk növbədə özlərini qorumalı, daşıyıcılar isə digər insanlara bu virusu yoluxdurmamalıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər