02 apr 20:21dunya

Şok hesabat: ABŞ-da koronadan 2 milyon insan öləcək

Şok hesabat: ABŞ-da koronadan 2 milyon insan öləcək
Ölkədə koronavirus pandemiyasının qarşısı alınmazsa, 2 milyondan çox insan ölüm təhlükəsi ilə üzləşə bilər.

Axar.az xəbər verir ki, bu dəhşətli rəqəm Ağ Evin “30 gündə pandemiyanın qarşısının alınması” adlı hesabatında yer alıb.

Bildirilir ki, göstərilən zaman ərzində çevik tədbirlər görülməsə 1 milyon 500 mindən 2 milyon 200 minə qədər insan virusun qurbanı olacaq.

Əgər vaxtında lazımi qərarlar verilərsə, 100 mindən 240 minə qədər insan ölümü ilə təhlükəli COVİD-19-un qarşısını almaq mümkün olacaq.

Qeyd edək ki, hazırda ABŞ-da koronadan ölənlərin sayı 5 mini ötüb.
XƏBƏR LENTİ
SORĞU