Sizin Reklam Burada

Nobel mükafatçısı: Koronavirus tezliklə bitəcək! - VİDEO

Nobel mükafatçısı: Koronavirus tezliklə bitəcək! - VİDEOStanford Universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Maykl Levitt koronavirus pandemiyasının sona çatacağını proqnozlaşdırır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Los Angeles Times” nəşri məlumat yayıb. Məqalədə qeyd olunur ki, Levitt Çində vəziyyətin inkişafını, ölkə tarixindəki ən pis böhranı düzgün proqnozlaşdırıb. Professor bildirib ki, mövcud böhranın aylar və ya illərlə davam edəcəyinə, həmçinin milyonlarla insanın ölümünə səbəb olacağına dair proqnozlara inanmır.

Fevralın əvvəlində o, Çində ölüm tempinin bir həftə içində daha da aşağı düşəcəyinə dair hazırladığı hesabatı həmin ölkəyə göndərib. Levitt COVID-19-a yoluxma halının təxminən 80 min olacağı və orta hesabla 3250 adamın epidemiyadan öləcəyi barədə proqnoz verib. Real statistika professorun iddia etdiyi rəqəmlərə demək olar ki müvafiq olub: 24 mart tarixində ÇXR-də 3281-i ölümlə nəticələnən 81.588 yoluxma faktı qeydə alınıb.

İndi Maykl Levitt həm ABŞ-da, həm də dünyanın qalan hissəsində oxşar nəticələr gözləyir. Onun sözlərinə görə, əsas məsələ çaxnaşmaya nəzarət etməkdir. Bir çox epidemioloqun xəbərdarlıq etməsinə və milyonlarla insanın öləcəyinin deyilməsinə baxmayaraq, alim mövcud məlumatların belə bir dəhşətli ssenarini təsdiqləmədiyini bildirir.

Hər gün koronavirusa 50 yeni yoluxma faktının qeydə alındığı 78 ölkədəki vəziyyəti təhlil edən Levitt əmin edir ki, “Çaxnaşmaya ehtiyac yoxdur - hər şey nəticə verəcək”.

Ancaq professor ABŞ-da dönüş nöqtəsi üçün konkret tarix göstərmir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər