Sizin Reklam Burada

Tanınmış professor koronavirus YALANLARINI İFŞA ETDİ - VİDEO

Tanınmış professor koronavirus YALANLARINI İFŞA ETDİ - VİDEO
Almaniyanın tanınmış mikrobioloq və infeksionisti Suçarist Bakdi demək olar ki, bütün dünyanı narahat edən koronavirus haqqında fikirlərini bölüşüb. Yoluxucu xəstəliklər üzrə mütəxəssis problemin tamamilə süni şəkildə şişirdildiyini iddia edir. O, bildirib ki, hər gün eyni viruslardan daha çox insan ölür və heç biri çaxnaşmaya səbəb olmur.

Publika.az professorun müsahibəsindən vacib məqamları təqdim edir:

- Demək olar ki, bütün dünya narahatdır və vəziyyət günü-gündən pisləşir. Ümumiyyətlə koronavirus nədir?

- Viruslar bütün dünyada var, həm heyvanlarda, həm də insanlarda tapıla bilər. Bir qayda olaraq, bu cür viruslar tibbi baxımdan heç bir rol oynamır, çünki yüngül qrip simptomları ilə müşahidə olunur, hərarət və ya burun axmasına səbəb olur. Yaşlı insanın bəzi xəstəlikləri varsa, asanlıqla risk qrupuna düşə bilər.

- Ancaq bu qrup viruslardan biri ortaya çıxaraq dünyanı qorxuya salıb.

- Koronavirus Çində aşkarlandı və dünyaya yayıldı. Göründüyü kimi, bu qrup virus əvvəlki viruslardan daha çox ölüm halları ilə müşayiət olunur. Eyni zamanda, oxşar mənzərənin yaşandığı İtaliyadan SOS siqnalı gəldi. Ancaq qeyd etmək vacibdir ki, virusun yayıldığı dünyanın digər bölgələrində koronavirusdan ölüm halları 4 faizdən 6 faizə qədər qeydə alınmayıb. Məsələn, Cənubi Koreyada ölüm faizi təxminən 1, Böyük Britaniyada isə 0,3 faizdir.

“Təxmin deyirəm” çünki ... virus özü öldürmürsə, ancaq digər xəstəliklərlə birlikdə məhv edirsə, deməli, ölümlərin məhz virus nəticəsində baş verdiyi deyilə bilməz. Koronavirus ətrafında baş verənlər yalnız səhv deyil, təhlükəlidir. Fakt budur ki, insanlar əsas rol oynayan bir çox digər amillərə əhəmiyyət vermir. Məsələn, Şimali İtaliya ilə Çini birləşdirən nədir? Cavab: Hər iki bölgədə normadan artıq hava çirkliliyi. Axı, İtaliya bir növ Avropadakı Çindir. İtaliya və Çinin çirklənmiş bölgələrində yaşayan insanların ağciyərləri sağlamlıq baxımından daha zəifdir.

- Professor, burada da virus çox yayılıb axı... Almaniya hakimiyyəti ölkədə xüsusi karantin rejimi elan edib.

- Təəssüf ki, bu siyasətçilərin faciəvi səhvidir. Gördükləri bütün tədbirlər heç bir məna vermir. Koronavirus haqqında ən vacib cavablar artıq var. Bu virus yaşlı insanlarda ölümə səbəb olur, yoxsa gənclərdə də eyni hal müşahidə edilə bilər? Cavab tamamilə aydındır.

Hazırda Almaniyada gündə koronavirusdan təxminən 30 ölüm hadisəsi qeydə alınır. Ancaq vurğulamaq lazımdır ki, statistikaya görə, Almaniyada hər gün 65 yaşdan yuxarı 2 min 200 nəfər ölür. Bu 2 min insandan təxminən 1 faizi koronavirus səbəbilə həyatını itirə bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər