30 mar 07:45dunya

Fransada 292 nəfər koronavirusdan öldü

Fransada 292 nəfər koronavirusdan öldü
Son bir sutkada Fransada 292 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər vekir ki, indiyədək 2606 nəfər nəfər koronavirusun qurbanı olub.

Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon bildirib ki, martın 1-dən bu yana xəstəxanalarda 2606 ölüm hadisəsi qeydə alınıb: "Son 24 saat ərzində 292 nəfər ölüb”, - deyə Salomon qeyd edib. Eyni zamanda, bu müddət ərzində 7 mindən çox insanın sağaldığı və xəstəxanalardan buraxıldığı vurğulanıb.

Onun sözlərinə görə, Fransada koronavirus infeksiyasına yoluxma hallarının sayı ümumilikdə təxminən 40,2 min nəfərdir. Hazırda ölkədə 19 mindən çox şəxs xəstəxanalardadır: “Bunlardan təqribən 4,6 min insan reanimasiyadadır. Onların üçdə biri 60 yaşına qədər insanlardır”.

Bildirilir ki, “virusun yayılması ilə bağlı vəziyyət pisləşməkdə davam edir”.
XƏBƏR LENTİ
SORĞU