29 mar 16:34dunya

Koronavirus İspaniyanı cənginə alıb – 24 saatda 838 ölüm

Koronavirus İspaniyanı cənginə alıb  – 24 saatda 838 ölüm
Avropanı cənginə alan koronavirus İtaliyadan sonra ən çox İspaniyada insan ölümünə səbəb olub.

Son 24 saatda İspaniyada koronavirus infeksiyasından 838 nəfər dünyasını dəyişib. Bununla da İspaniyada koronavirus qurbanlarının sayı 6528-ə yüksəlib.

Koronavirus diaqnozu ilə karantinə alınan ölkə vətəndaşıarının sayı isə 78 797 nəfərə yüksəlib.

Qeyd edək ki, dünən gecə İspaniyanın Baş naziri Pedro Sançes televiziya vasitəsilə xalqa müraciət edərək, insanları iki həftə ərzində evlərindən çıxmamağa səsləyib. Baş nazir koronavirus üzündən evlərində oturan şəxslərin maaşlarının dövlət tərəfindən ödəniləcəyini bildirib.
XƏBƏR LENTİ
SORĞU