Sizin Reklam Burada

İsveç koronavirusla mübarizədən imtina edib

İsveç koronavirusla mübarizədən imtina edib İsveç hökuməti ölkədə koronavirusa yoluxmuş şəxslərin sayının artmağına baxmayaraq, sərt karantin rejimi tətbiq etmək fikrində deyil. Ölkənin baş epidemioloqu Anders Teqnell qərara gəlib ki, isveçlilərdə virusa qarşı "kollektiv immunitet"in yaranmağı üçün ölkə əhalisi koronavirusa yoluxmalıdır.

"Aftonbladet" nəşrinin verdiyi məlumata əsasən, İsveçdə COVID-19-a 2800-dən çox adam yoluxub, 70-dən çox insan isə ölüb.

Bununla yanaşı, restoran və məktəblər hələ də açıqdır. Həmçinin vətəndaşların hərəkətinə sərt məhdudiyyət yoxdur. Onlara, sadəcə, imkan daxilində evdə qalmaq və yaşlı insanlarla ünsiyyəti məhdudlaşdırmaq məsləhət görülür.

Avropa İttifaqının vətəndaşları İsveçə sərbəst şəkildə daxil ola bilərlər, ölkəyə gəldikdən sonra karantinə yalnız koronavirusa yoluxduğu təsdiqlənən şəxslər göndərilir.

Teqnellin fikrincə, yalnız yaşlılar və xroniki xəstəlikləri olanlar izolə olunmalıdırlar. O hesab edir ki, insanlar koronavirusa yoluxsalar, virus gücünü itirəcək və daha təhlükəli olmayacaq.

Lakin bu nəzəriyyə təsdiqini tapmayıb. Epidemioloqun yanaşmasını artıq ölkənin Baş naziri Stefan Lövfen tənqid edib və bildirib ki, insanların həyatı və sağlamlığı təhlükə altındadır.

Qeyd edək ki, ölkə əhalisi hakimiyyətin epidemiyaya dair siyasətindən narazılıqlarını sosial şəbəkələrdə artıq bildirməyə başlayıblar. Sakinlər hakimiyyəti koronavirusa qarşı mübarizə tədbirlərini sərtləşdirməyə səsləyirlər. (milli.az)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər