28 mar 09:44dunya

ABŞ-da koronavirusa yoluxanların sayı 100 mini ötdü - Yeni anti-rekord

ABŞ-da koronavirusa yoluxanların sayı 100 mini ötdü - Yeni anti-rekord
ABŞ-da koronavirus (COVİD-19) infeksiyasına yoluxanların sayı 100 mini ötüb.

worldometers.info xəbər verir ki, bu saata olan son məlumata görə Birləşmiş Ştatlarda virusa yoluxanların ümumi sayı 104,126-a çatıb.

Təkcə bu gün ölkədə 18,691 şəxsdə aparılmış testlər pozitiv çıxıb ki, bu da bir gündə dünyada COVİD-19-a yoluxma sayına görə anti-rekorddur.

Həmçinin bu gün ölkədə 401 koronavirus xəstəsi vəfat edib.

Bununla da ABŞ-da pandemiya qurbanlarının sayı 1,696-a çatıb.

Xatırladaq ki, ABŞ ötən gündən etibarən koronavirusa yoluxanların sayına görə İtaliya və Çini ötərək anti-rekorda imza atıb.
XƏBƏR LENTİ
SORĞU