Merkel şərab aldı, insanlar panikaya düşdü - Foto
Dərc olunub:
23-03-2020, 09:05
Almaniya kansleri Angela Merkel marketdə şərab alarkən görüntülənib.
Axar.az xəbər verir ki, koronavirusla əlaqədar Almaniyada insanların marketlərə kütləvi axın edib, alış-veriş etdiyi zaman kanslerin səbətində 4 şüşə şərab və bir neçə ərzağın olması jurnalistlərin diqqətindən yayınmayıb.
Qeyd edək ki, bu gün Merkel koronavirus şübhəsindən dolayı özünü karantinə aldığını açıqlamışdı. Bu səbəbdən kanslerlə eyni marketdə alış-veriş edənlər panikaya düşüb.