ABŞ İrana yardıma hazırdır
Dərc olunub:
21-03-2020, 10:47
Koronavirusla bağlı İrana humanitar yardımlar sanksiyalara məruz qalmır.
Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo açıqlama verib.
Mayk Pompeo ölkəsinin İrana yardım etməyə hazır olduğunu bildirib:
“Bütün dünya bilməlidir ki, İrana humanitar yardım kanalı geniş şəkildə açıqdır. Sanksiya altında deyil, İrana göndərilən dərman preparatlarına görə sanksiya tətbiq edilmir. Humanitar yardım üçün sanksiya yoxdur”.