21 mar 10:45dunya

Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKA
Zimbabvedə ilk koronavirusa (COVID-19) yoluxma halı baş verib.

Modern.az xəbər verir ki, bu ölkədə 1 nəfərdə koronavirus aşkarlanıb.

Bununla da pandemiyanın yayıldığı ölkələrin sayı 185-ə yüksəlib.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, hazırda dünyada virusa yoluxanların sayı 274 171 nəfərdir.

Koronavirusa yoluxanlardan 11 354 nəfəri vəfat edib.

Virusa yoluxan 90 622 nəfər isə sağalıb.

Son sutkada ən çox yoluxma qeydə alınan ölkələr İtaliya (5 986), ABŞ (5 056), Almaniya (4528), İspaniya (3433), Fransa (1617), İran (1237) və İsveçrə (1185) olub.

Ən çox ölüm isə İtaliya (627), İspaniya (261) və İranda (149) baş verib.

Dünya ölkələri üzrə koronavirusdan ən çox itki verən ölkə İtaliya (4032), Çin (3248) və İrandır (1433).
XƏBƏR LENTİ
Dünən, 08:58
SORĞU