Sizin Reklam Burada

Avropa üçün suriyalı qaçqınlar sınağı

Avropa üçün suriyalı qaçqınlar sınağı
Elxan Şahinoğlu: “Türkiyə daha miqrant yükünü daşımaq istəmir və haqlıdır”

Türkiyə hökumətinin suriyalı qaçqınlar üçün Avropa sərhədini açmasından sonra qardaş ölkəni tərk edib xaricə üz tutanların sayı kütləvi şəkildə artıb. Qaçqınlar Yunanıstan üzərindən Avropaya gedirlər.

Sərhədin açılmasından sonra minlərlə miqrant dəniz vasitəsilə qeyri-qanuni şəkildə Yunanıstana keçməyə cəhd göstərir. Radikal sağçı yunanlar isə qaçqınları kütləvi şəkildə döyür, dənizdə batırmağa çalışır. Naməlum polis avtomobilləri onları sahildən toplayaraq bilinməyən yerlərə aparır.

Avropa İttifaqının “Frontex” sərhəd təhlükəsizliyi agentliyi Yunanıstan sərhədinə 1500 əsgər və hərbi texnika göndərəcək.

Bu barədə Yunanıstanın müraciətindən sonra Polşanın paytaxtı Varşavada təşkil edilən toplantıda qərar qəbul edilib.

“Frontex”in direktoru Fabrise Leqqeri əməliyyat qərarını sərhəddə hadisələrin sürətli irəliləyişini nəzərə alaraq verdiklərini bildirib.

O, “Frontex” razılaşmasını imzalayan ölkələrə lazımi qüvvənin təmin edilməsi üçün çağırış edib. Aİ ölkələrindən 5 gün müddətində 1500 əsgər, 10 gün ərzində isə hərbi texnika tələb edib.

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel böhranla bağlı Yunanıstan və Bolqarıstanın yanında olduqlarını açıqlayıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyədən Yunanıstana keçən suriyalı qaçqınların sayını açıqlayıb.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, martın 3-ü səhər saatlarına olan məlumata əsasən, 130 469 suriyalı qaçqın Yunanıstana keçib.

Yunanıstanın baş naziri Kiryakos Miçotakis isə Türkiyəni insan qaçaqçılığı etməkdə günahlandırıb.

“Milliyet”in yaydığı xəbərə görə, bu barədə o, Xarici İşlər Nazirliyi və Müdafiə Şurasının toplantısından sonra verdiyi açıqlamasında bildirib.

Miçotakis twitter hesabında “Yunanıstanın sərhədləri Avropanın xarici sərhədidir. Biz onları qoruyacağıq. Siz geri qayıdacaqsınız” - yazıb .

Qeyd edək ki, rəsmi Afinanın yeni immiqrasiya dalğası səbəbindən sığınacaq müraciətlərini bir ay müddətinə dayandırdığı bildirilir.

Ekspertlərin Türkiyənin suriyalı qaçqınlarla bağlı bu qərarının nə vaxta qədər keçərli olacağı yönündə fərqli mövqelərinə rast gəlirik. Çoxları düşünür ki, Avropa sərhədinin açılması cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ölkə daxilində reytinqinin daha da yüksəlməsinə səbəb olacaq. Arqument kimi də türk ictimaiyyətinin milyonlarla qaçqınının qəbulundan hər zaman narazı olması göstərilir. Eyni zamanda bu qərarın Türkiyənin xarici siyasətində də ciddi rol oynayacağı vurğulanır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Türkiyədə yaşayan suriyalılar üçün Avropa İttifaqına keçidə icazə verildiyi bir neçə gün ərzində yüz minlərlə insan Yunanıstanla sərhəddə axışıb. Yunanıstan ordunu sərhədə töküb, sərhədi keçmək istəyənlərdən iki nəfərini öldürüb, birini yaralayıb. Bunu Türkiyə etsəydi, Avropa ayağa qalxardı. Ancaq Brüsseldən gələn son açıqlamada Yunanıstana dəstək ifadə edilib. Bolqarıstan da miqrantların sərhədinə toplanmasından çəkinir. Avropa İttifaqının ən kasıb dövləti olan Bolqarıstan miqrantları qəbul etməyə hazır deyil. Ancaq Yunanıstandan fərqli olaraq Bolqarıstanın Türkiyə ilə münasibətləri normaldır. Bu ölkənin baş naziri Boyko Borisov təcili Ankaraya gedərək Ərdoğanla görüşdü. Türkiyə Cümhurbaşqanı Borisovla dostluğunu bir daha təsdiq etsə də, Ərdoğan Bolqarıstan baş nazirinin ”gəlin Sofiyada Siz, mən və Yunanıstanın baş naziri görüşək" təklifini rədd etdi. Ərdoğan birgə mətbuat konfransında yenə Avropa İttifaqını sərt tənqid etdi, Brüsselin miqrantlar üçün vəd etdiyi 6 milyard dolları ayırmadığını bildirdi. Türkiyə 9 ildə suriyalı miqrantlara 40 milyard dollara yaxın pul xərcləyib. Türkiyə sərhədində miqrantlara Avropa istiqamətində hərəkətə sərbəstlik verdikdən sonra Brüsseldən Ankaraya bu məzmunlu zəng gəlib: “Miqrant axınını dayandırın, Sizə təcili 1 milyard dollar ayıraq”. Ərdoğan Brüsselin bu təklifini rədd edərək, “artıq gecdir” cavabını verib. Beləliklə, Borisov Ankaradan əliboş döndü. Türkiyə daha miqrant yükünü daşımaq istəmir və haqlıdır. Avropanın yanaşması belədir ki, “Suriya və miqrantlar bizim problem deyil, hadisələr Türkiyə sərhədində baş verir, qoy əziyyətini də Ankara çəksin”. Ankaranın cavabı isə belədir ki, hansı köçkün Türkiyədə qalmaq istəyirsə, bunda problem yoxdur, ancaq Avropaya köçmək istəyənin qarşısını almayacaqlar. Avropa növbəti qaçqın axınına hazırlaşmalıdır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər