Türkiyə ordusu hücumlara ara vermir - Onlarla suriyalı əsgər öldü
Dərc olunub:
29-02-2020, 09:50
İdlibə təşkil edilən hücumdan sonra Türkiyə ordusunun həyata keçirdiyi cavab əməliyyatları zamanı daha 56 suriyalı əsgər zərərsizləşdirilib. Bununla da, son iki gün ərzində öldürülən suriyalı hərbçilərin sayı 360-ı ötüb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyatlar zamanı Suriya ordusuna məxsus 8 tank, 4 zirehli texnika, 5 ağır silah məhv edilib.
Xatırladaq ki, 2 gün əvvəl Suriya ordusunun hücumu nəticəsində İdlibdə 33 türkiyəli hərbçi həlak olub.