Sizin Reklam Burada

Bartində Xocalı soyqırımı anılıb - Fotolar

Bartində Xocalı soyqırımı anılıb - FotolarFevralın 25-də Bartın Ülkü Ocaqlarının və Bartində fəaliyyət göstərən Azərbaycan Gənclik Təşkilatı ilə birgə Xocalı soyqırımının 28-ci ildönümü həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə çıxış edən Bartın Ülkü Ocaqlarının rəhbəri Duran Iğıl və Azərbaycan Gənclik Təşkilatının rəhbəri, Bartin Universitetinin tələbəsi Fərid Allahverdiyev Xocalı soyqırımın dəhşətlərindən danışıblar. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin 366-cı motoatıcı diviziyanın zirehli texnikası və hərbçilərinin köməyilə Xocalıya hücum nəticəsində dinc azərbaycanlılara qarşı kütləvi qırğın törətdilib 613 nəfər mülki əhali vəhşisinə qətlə yetirilib. Soyqrımın ağır nəticələri ilə bağlı dünya ictimaiyyətinin məlumatlarılması istiqamətində hər il olduğu kimi bu ildə Türkiyənin bütün bölgələrində Azərbaycan və türk gəncləri hər iki ölkənin gənclər təşkilatları və digər QHT-lə birgə müxtəlif silsilə tədbirlər həyata keçirilir.
Bartində Xocalı soyqırımı anılıb - Fotolar
Xocalı soyqırımının yalnız Azərbaycan xalıqna qarşı deyil bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğu qeyd edən natiqlər, erməni vandalizminin bundan sonra da dünya ictimaiyyətinə şatdırılması istiqamətində tədbirlərin həyata keçiriləcəyi bildiriblər.

Tarixin bütün dövrlərində olduğu kimi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmləndiyi və dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci belə dövlətlərin olmadığı diqqətə çatdırılıb. Gənclərimizin ölkəmizin ərazi bütövlüyü uğrunda hər zaman mübarizə aparmağa hazır olduğunu və işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə əminliyini bildiriblər.
Bartində Xocalı soyqırımı anılıb - Fotolar
Tədbir çərçivəsində fevralın 26-da isə Bartinin mərkəzi prostpeklərindən birində “Xocalı Soyqırımı” adlı rəsm sərgisi keçirildi. Bartin şəhərin mərkəzi prospektlərindən olan Hükumet Caddesində təşkil olunmuş sərgiya tamaş edənlər dəhşətlərini gizlədə bilmədilər.

Tədbirdə Bartin Universitetinin nümayəndəsi Melih Bal və digər çıxış edənlər sərginin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə keçirildiyini söyləyib.
Bartində Xocalı soyqırımı anılıb - Fotolar

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər