Sizin Reklam Burada

“Vaşinqton Post”dan sensasion mövqe: Tək xilaskar Türkiyədir

“Vaşinqton Post”dan sensasion mövqe: Tək xilaskar Türkiyədir
Suriyada çarəsiz insanların tək xilaskarı Türkiyədir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Vaşinqton Post” qəzeti məlumat yayıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əsəd rejiminə bu həftənin sonuna kimi bölgədən geri çəkilməsi üçün vaxt verib. Ərdoğan İdlibin mərkəzi də daxil olmaqla, 32 kilometr dərinlikdə təhlükəsiz bir bölgə yaratmaq istəyir”, - xəbərdə vurğulanıb.

Bildirilib ki, Rusiya Əsədi nəzarət altında saxlamaqla bağlı verdiyi sözü tutmayıb:

“Buna görə də ABŞ və Avropa ölkələri Putinə hücumları dayandırması, atəşkəsin əldə edilməsi, həmçinin humanitar yardımın İdlibə çatdırılması üçün təzyiq göstərməlidir”.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında İdliblə bağlı anlaşılmazlıq yarandığı vaxtdan keçən müddət ərzində ABŞ hökumətinin və mediasının Türkiyəyə birmənalı dəstəyi diqqət çəkir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər