Sizin Reklam Burada

Ağar: Rusiya və Türkiyə savaşın bir addımlığındadır

Ağar: Rusiya və Türkiyə savaşın bir addımlığındadır
Öncə onu qeyd edim ki, son dərəcə çətin bir dövr yaşanmaqdadır. Çünki Türkiyənin ortaya qoyduğu bir tezis və bu tezisə bağlı olan bir iradə və əzm var.

Bu sözləri terrorizmlə mübarizə üzrə mütəxəssis, məşhur türk hərbi ekspert Abdullah Ağar Axar.az-a İdlibdə baş verən son proseslər haqda danışarkən deyib.

Ekspertin sözlərinə görə, istər İran, istər Rusiya, istərsə də Suriya rejimi Türkiyənin bu əzminə qarşı müqavimət sərgiləyir:

“Hazırda diplomatiya və mövcud təşəbbüslər meydandakı çətinliklərin fonunda gücsüzdür. Hər iki ölkə – Rusiya və Türkiyə hər hansı bir şəkildə aralarındakı diplomatik bağların qopmaması üçün meydanda son dərəcə diqqətli davrandıqları, bir iradə ortaya qoymalarına baxmayaraq, eyni zamanda, birbaşa qarşıdurmanın bir addımlığındadırlar. Türkiyənin dəstəklədiyi qüvvələrlə Rusiyanın dəstəklədiyi qüvvələr arasında şiddətli bir rəqabət var. Bu rəqabət və qarşıdurma hər iki ölkəyə çox ciddi şəkildə təsir göstərir. Bu olanların iki ölkə arasında birbaşa hərbi toqquşmaya gətirib çıxarmaması üçün hər iki tərəfin həssas davrandığını müşahidə edirik. Amma, düzünü desəm, mənim hazırda müşahidə etdiyim odur ki, son dərəcə riskli bir vəziyyətdir”.

A.Ağar qeyd edib ki, bu mübarizə ağır silahlardan istifadə edilən bir şəraitdə aparılır:

“Bu isə şəhidlərin ortaya çıxması, qarşı tərəfin çoxsaylı itkilər verməsi ilə nəticələnir. Onu qeyd edim ki, bu mübarizədə təkcə canlı qüvvə itkisi deyil, hərbi-texniki itkilər də kifayət qədərdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər