20 fev 11:15dunya

Türk ordusu hücuma keçdi: Bazalar darmadağın edildi

Türk ordusu hücuma keçdi: Bazalar darmadağın edildi
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Bəşər Əsəd ordusunun mövqelərini vurmağa davam edir.

Avrasiya.net Teleqraf.com-a istinadla xəbər verir ki, türk ordusu rejim qüvvələrinin Hama və Lazkiyə bölgəsindəki bir çox hərbi bazalarına raket zərbələri endirib.

Hücum zamanı Suriya ordusunun mövqelərinə böyük xəsarətlərin yetirildiyi bildirilir.

Türkiyənin raket zərbələrindən sonra Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayaraq, prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşlər zamanı əldə edilmiş anlaşmaları xatırladıb:

“Liderlər arasında razılaşdırılmış anlaşmaların şərtləri yerinə yetirilməlidir. Türkiyə İdlib məsələsində bizimlə əməkdaşlıq etməyə hazırdır”.

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi və digər anlaşmaların şərtlərinin yerinə yetirilməyəcəyi halda hər an əməliyyatların bərpa ediləcəyini bəyan etmişdi.
XƏBƏR LENTİ
SORĞU