20 fev 09:37dunya

Çin vətəndaşlarının Rusiyaya girişi qadağan olundu

Çin vətəndaşlarının Rusiyaya girişi qadağan olunduKoronavirusun yayılması ilə əlaqədar şəxsi, təhsil, turizm və işləmək məqsədi ilə Çin vətəndaşlarının Rusiyaya girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulub.

Avrasiya.net TASS-a istinadən xəbər verir ki, məhdudiyyə bu gündən - fevralın 20-dən qüvvəyə minir.

Rusiya Baş nazirinin müavini Tatyana Qolikovanın bildirdiyinə görə, Çindən Rusiyaya daxil olanların sayının artması və sonradan onların karantinə qəbul olunması hazırda mövsümi qrip epidemiyası ilə müvafiq tədbirlər həyata keçirən tibb işçilərinin yükünü artırır. Bu səbəbdən məhdudlaşdırma qərarı verilib.

Qeyd edək ki, Rusiyanın bölgələrindən Çin şəhərlərinə müntəzəm təyyarə reyslər fevralın 1-dən etibarən bağlanıb. “Aeroflot” bu həftə Çinə uçuşlara tələbatın azalması səbəbindən bu ölkəyə uçuş qrafikini azaldacağını bildirib.

Martın 1-dək ölkələr arasında dəmiryol sərnişin daşınmasının bağlanacağı bildirilir, yükdaşımalar isə hələ ki qrafik üzrə həyata keçirilir.
XƏBƏR LENTİ
SORĞU