Sizin Reklam Burada

“Amerika əsgərlərini otellərdə də izləyirik...” – İranlı general

“Amerika əsgərlərini otellərdə də izləyirik...” – İranlı general
Fars körfəzində dislokasiya olunmuş bütün Amerika qoşunları İranın daimi müşahidəsi və nəzarəti altındadır.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla İranın konstitusiyaya riayət edilməsinə nəzarət Şurasının (Ali dini lider yanında məşvərətçi orqan) katibi, general Möhsün Rezayi “Fars” agentliyinə müsahibəsində çıxış edib.

“ABŞ-ın bu regiondakı bütün bazaları bizim müşahidəmiz altındadır, o cümlədən ABŞ təyyarədaşıyanları. Və biz bilirik ki, ABŞ-ın burada nə qədər gəmisi var və onlar konkret olaraq haradadırlar”,-o deyib.

Rezayi qeyd edib ki, İranın ABŞ hərbçilərinin koordinatları barədə informasiyaları “çox dəqiqdir”.

“Hətta Amerika əsgərləri Küveyt və ya Bəhreyndə otellərə baş çəkəndə də biz onları izləyirik”,-o bildirib. Rezayi əlavə edib ki, İran İraqdakı Ayn-əl-Əsəd aviabazasına raket zərbələri endirərəkən “dəqiq hesablamalar aparmışdı” və orada nələrin olduğuna dair “tam informasiyaya” malik idi.



Xatırladaq ki, yanvarın 8-də İran general Qasım Süleymaninin öldürülməsinin qısası olaraq İraqdakı Amerika aviabazasına raket zərbələri endirib. Onlarla amerikalı hərbçi partlayış dalğasının nəticəsində xəsarətlər alıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər