İsraildə terror aktı: 14 yaralı var
Dərc olunub:
6-02-2020, 15:58
Naməlum şəxs Qüdsdə avtomobili əsgərlərin üstünə sürüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 14 nəfər, o cümlədən 12 hərbçi və 2 mülki vətəndaş yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır dəyərləndirilir.
Hadisəni törədən şəxs ərazini tərk etməyə macal tapıb. Rəsmi Tel-Əviv hadisəni terror aktı kimi dəyərləndirir.