Abbas Trampın zənginə cavab vermədi
Dərc olunub:
27-01-2020, 10:50
Fələstin Prezidenti Mahmud Abbas ABŞ lideri Donald Trampın telefon zəngini qəbul etməyib.
Axar.az xəbər verir ki, bu barədə Fələstin hökuməti məlumat yayıb.
Telefon zənginin hansı səbəbdən cavablandırılmadığı açıqlanmayıb.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp “Əsrin müqaviləsi”ni İsrail Baş naziri Benyamin Netanyahu ilə 28 yanvarda planlaşdırılan görüşündən əvvəl açıqlayacağını bəyan edib.