Sizin Reklam Burada

İsrailin İrana qarşı - İnanılmaz silahı

İsrailin İrana qarşı - İnanılmaz silahı
İsrail Müdafiə Nazirliyi yaxın mənzilli raketləri zərərsizləşdirmək məqsədilə lazer müdafiə sistemini təqdim edib.

Avrasiya.net Teleqraf.com-a istinadla xəbər verir ki, uzun müddətdir üzərində iş apardığı bu sistemi İsrailin indiki mərhələdə, İran-ABŞ qarşıdurması dövründə təqdimatını keçirməsi təsadüfi sayılmayıb.

İsrail Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilir ki, “Dəmir Şüa” adı verilən yeni lazer müdafiə sistemi yaxın mənzilli raketlər, top mərmiləri, tank əleyhinə raket və kiçik ölçülü Pilotsuz Uçuş Aparatını (PUA) təsirsiz hala gətirə biləcək.

Dəmir Şüa sisteminin testlərinə gələn aydan başlanılacaq və onların 1,5 il sonra orduya veriləcəyi qeyd edilib.

Mobil formada daşına bilən lazer müdafiə sistemlərinin hava nəqliyyatına, habelə tanklara quraşdırmaq kimi üstünlüklərinin olduğu da ifadə olunur.

İsrail mediasının xəbərlərinə görə, indi mövcud olan Dəmir Qübbə hava müdafiə sistemi ilə atılan hər bir raketi təsirsiz hala gətirmək 49 min dollara başa gəldiyi halda, Dəmiş Şüa sistemində bu, cəmi 3,5 dollara başa gələcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər