Sizin Reklam Burada

ABŞ-ın ən təhlükəli ordusu HƏRƏKƏTƏ KEÇDİ - İranla dəhşətli MÜHARİBƏYƏ DOĞRU

ABŞ-ın ən təhlükəli ordusu HƏRƏKƏTƏ KEÇDİ - İranla dəhşətli MÜHARİBƏYƏ DOĞRUABŞ-ın sui-qəsd komandası kimi tanınan “75-ci Ranger Alayı” İraqa göndəriləcək.

Bu barədə ABŞ ordusuna yaxın “Military.com” saytı informasiya yayıb.

Bildirilib ki, 3 min 632 nəfərlik alay Vircinia ştatından yola çıxacaq.

Qeyd edək ki, “75-ci Ranger” ABŞ-ın ən ali səviyyəli sui-qəsd komandası kimi tanınır.

1984-cü ildən bəri aktiv olan alay yüngül piyada xüsusi təyinatlı əməliyyat birliyi kimi fəaliyyət göstərir.

“75-ci Ranger”in tarixə düşən fəaliyyətləri

• 2001-2002-ci illər arasında Əfqanıstanda 1700-dən çox “Taliban” silahlısı öldürüldü.

• 2003-cü ildə MKİ ilə birgə hərbi əməliyyatda “Əl-Qaidə”nin o dövrdəki ən təhlükəli şəxsi olan Xalid Şeyx Məhəmmədi saxlayıb Quantanamoya apardılar.

• “Sünni üçbucağı” adlandırılan Ramadi, Mosul və Fellus ilə yanaşı, Tikritdə xüsusi əməliyyatların böyük hissəsini gerçəkləşdirdilər.

• 2008-ci ildə “Əl-Qaidə”nin ikinci şəxsi olan Əbu Xəlləfini İraqda öldürdülər.

• 2006-cı ildə Pakistanda təşkil etdikləri basqında aralarında “Əl-Qaidə”nin çeçen komandanı İmam Əsədin də olduğu 30 terrorçu öldürüldü.

• 1 may 2011-ci ildə “Əl-Qaidə” lideri Usamə Bin Ladeni öldürən iki birlikdən biri məhz bu alay oldu.

• 26 aprel 2017-ci ildə aralarında İŞİD-in Əfqanıstan və Pakistan əmiri Əbdül Həsibin də olduğu 35 terrorçunu öldürdülər.

Publika.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər