İranın ABŞ bazasına atdığı ballistik raketlər - Video
Dərc olunub:
8-01-2020, 15:56
İranın İslam İnqilabı Keşikçiləri Korpusu dünən gecə ABŞ-ın İraq ərazisindəki hərbi bazalarına 35 ballistik raket atıb.
Bakı.vs xəbər verir ki, İran tərəfi atılan 35 raketdən 22-nin hədəfə çatdığını açıqlayıb.
Məlumata görə, 22 raketdən 17-i "Eyn əl-Əsəd" hərbi-hava bazasına düşüb, 5 raket isə Ərbildəki hərbi bazaya atılıb.
İraq mediası İran ordusunun atdığı və hədəfə çatmayan ballistik raketlərin fotolarını yayıb. Ballistik raketlər Əl-Ənbar vilayətində yerləşən "Əyn əl-Əsəd" bazasının yaxınlığındakı Hit şəhərinə düşüb.