Sizin Reklam Burada

ABŞ İrana zərbə endirəcək: müharibə ssenarisi

ABŞ İrana zərbə endirəcək: müharibə ssenarisi
İraqdakı ABŞ obyektlərinə İranın endirdiyi raket zərbələrindən 10-u Eyn-əl-Əsəd bazasına düşüb. Bu artıq müharibənin başlanılması üçün bir səbəbdir.

Avrasiya.net xəbər verir ki, bu fikri rusiyalı siyasi icmalçı Kamran Həsənov səsləndirib.

Onun sözlərinə görə, altı ədəd B-52 bombardmançısının Hind okeanındakı Dieqo-Qarsiya adasına göndərildiyini nəzərə aldıqda, növbəti saatlar ərzində İrandakı bəzi obyektlərin bombalanacağını söyləmək olar.

“Amerikalılar öz hərbçilərinə edilən hücumu cavabsız qoymayacaq”, - deyə icmalçı əmin edir.

“Hadisələr aşağıdakı ssenari üzrə hərəkət edəcək:

ABŞ İranın Suriyadakı və İraqdakı bazalarına cavab hücumu həyata keçirəcək. ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun İrandakı bazalarına və ya İranın Müdafiə Nazirliyi kimi önəmli dövlət obyektlərinə zərbə endirəcək.

Əgər İran cavab verməyə davam etsə - birinci halda olduğu kimi ABŞ-la İran arasında İraq ərazisində müharibə baş tutacaq, İran tərəfdən əlavə qoşun cəlb ediləcək, ABŞ isə BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər və ABŞ-ın özündən bölgəyə əlavə qoşun yeridəcək. İkinci halda isə İranın ərazisində havadan, yerdən və sudan döyüşlər keçiriləcək”, - deyə ekspert qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər