08 yan 11:23dunya

Türk ordusu bu ölümcül silahlarla hədəfə alındı - Yaxın Şərq müharibəsi alovlanır

Türk ordusu bu ölümcül silahlarla hədəfə alındı - Yaxın Şərq müharibəsi alovlanırYaxın Şərqdə bütün terrorçu və inqilabçılara yaxından dəstək verən Birləşmiş Ərəb Əmirliklərinin hazırkı hədəfi Liviya vətəndaş müharibəsidir.

Publika.az xəbər verir ki, BƏƏ Liviyada BMT-nin tanıdığı Milli Barışıq Hökumətinə dəstək vermək üçün paytaxt Tripoliyə gedən türk ordusuna qarşı çıxan general Xəlifə Haftara dəstəyini artırır.

“Yeni Şəfəq” nəşrində yer alan xəbərə görə, BƏƏ-nin Rusiyadan alıb Haftara verdiyi “Pantsir S-1/SA-22 Greyhound” hava hücumundan müdafiə sistemi türk ordusuna qarşı tez-tez istifadə olunur. Türkiyənin pilotsuz uçuş aparatları və təyyarələri zenit raket kompleksinə düşmən kimi tanıdılıb. Bu sistemlər 20 km məsafədə yerləşən 4 ayrı hədəfi eyni zamanda təsbit edə bilir. BƏƏ-də bu sistemdən 50 ədəd var.

Əmirlik bundan başqa, Liviyada mülki vətəndaşların qətlində də yaxından iştirak edir. Misir-Liviya sərhədindəki hərbi hava bazasını Misir ilə birlikdə Haftara dəstək üçün istifadə edən BƏƏ bir müddət əvvəl Çindən aldığı “Wing Loong II” silahlı pilotsuz uçuş aparatlarını da inqilabçı orduya verib. Həmin SPUA-ların iştirakı ilə 5 yanvarda paytaxt Tripolidəki hərbi məktəblərdən birində 31 tələbə qətlə yetirilmişdi.

Bütün bunlarla yanaşı, əmirlik Haftar üçün Sudan və Çaddan gələn muzdlu əsgərlərin maaşlarını verir, Rusiyadan gələnlərin də məsrəflərini ödəyir.
XƏBƏR LENTİ
SORĞU