Sizin Reklam Burada

İrandan DƏHŞƏTLİ HÜCUM: 80 amerikalı əsgər belə öldürüldü - DÜNYA ŞOKDA/VİDEO

İrandan DƏHŞƏTLİ HÜCUM: 80 amerikalı əsgər belə öldürüldü - DÜNYA ŞOKDA/VİDEOİran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın İraqdakı Eyn əl-Əsəd və Ərbil hərbi bazalarına 15 ballistik raket atılıb.

Publika.az xəbər verir ki, bu iddia İranın dövlət televiziyasında səsləndirilib.

Xəbərə görə, aviazərbələr nəticəsində 80 amerikalı əsgər ölüb.

İranın "Tasnim" xəbər agentliyinin məlumatına görə isə Eyn əl-Əsədə bu zamana qədər 35 raket atılıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bazalara 12 raket atıldığını açıqlamış, zərərçəkənlərlə bağlı məlumat verməmişdi.

SEPAH tərəfindən verilən açıqlamada bazaların qurudan-quruya ballistik raketlə vurulduğu, ABŞ-ın hücuma cavab verəcəyi təqdirdə, daha sərt və əzici addımların atılacağı bildirilib: “ABŞ-ın bazalarına ev sahibliyi edən ölkələr də xəbərdar olsun. Hər vəziyyətdə İrana qarşı düşmən və hücumçu hərəkətlərin qaynaqlarını hədəf alacağıq. Törətdikləri cinayətdə sionist rejimi də cinayətkar ABŞ rejimindən ayırmırıq”.

İranın İraqdakı bazalara hücumunda ən diqqətçəkən məqam isə Donald Trampın 28 dekabrda Eyn əl-Əsəd bazasına gələrək ABŞ əsgərləri ilə görüşməsidir. İraq parlamenti xarici hərbi birləşmələrin ölkədən çıxarılmasını ehtiva edən təklifi müzakirə edərkən ABŞ-dan məhz Eyn əl-Əsəd bazasını boşaltmasını da istəmişdi.

Tramp həmin baza ilə bağlı danışarkən “orada nəhəng və bahalı hərbi baza inşa etmişik. Bu, milyardlarla dollara başa gəlib. Məndən çox əvvəl edilib. Xərclərimizi geri ödəmədikləri müddətcə oradan çıxmayacağıq” sözlərini demişdi.

Qeyd edək ki, İran prezidentinin müavini hücumdan sonra verdiyi açıqlamada ABŞ-ın növbəti müdaxiləsinin topyekun müharibəyə səbəb olacağını, ABŞ prezidenti Donald Tramp isə hər şeyin qaydasında olduğunu açıqlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər