BMT-dən Türkiyəyə: Liviyadan uzaq durun!
Dərc olunub:
7-01-2020, 08:37
Xarici dövlətlər Liviyaya müdaxiləni dayandırmalıdırlar.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Türkiyənin Liviya Milli Razılıq Hökumətinə yardım etməsini şərh edərkən deyib.
“Bu ölkə xarici müdaxilədən həddən artıq uzun müddət əziyyət çəkib. Liviyadan uzaq durun! Liviyada kifayət qədər silah var. Onlara artıq heç nə lazım deyil. Orada kifayət qədər muzdlu var, muzdlularınızı göndərməyi dayandırın. İstənilən cür xarici müdaxiləni dayandırın” – xüsusi nümayəndə deyib.