Hizbullah irimiqyaslı hücum anonsu verdi
Hizbullah qruplaşması İraqın təhlükəsizlik qüvvələrinə və əhaliyə müraciət edib.
Publika.az-ın məlumatına görə, yazılı müraciətdə təhlükəsizlik qüvvələrinə və sakinlərə ABŞ hərbi bazalarından azı 1 kilometr uzaq qalmaları barədə çağırış edilib. Bu çağırışa axşam saatlarından başlayaraq əməl olunması tələb olunub. Məlumata görə, sakinlər bu çağırışa artıq əməl etməyə başlayıb.
Xatırladaq ki, bir neçə dəqiqə əvvəl ABŞ-ın Bağdaddakı səfirliyi ardınca isə amerikalı hərbçilərin olduğu “Bələd” bazası raketlərlə atəşə tutulub. Yaralıların olduğu bildirilir. Yerli mənbələr yazır ki, Hizbullahın bu çağırışı ABŞ bazalarına hücumların davam edəcəyi ilə bağlıdır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds xüsusi qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ ordusu tərəfindən Bağdadda öldürülməsindən sonra bölgədə vəziyyət son dərəcə gərgindir.