Pompeo və Netanyahu danışdı: ABŞ qərarlıdır
Dərc olunub:
5-01-2020, 09:55
ABŞ Dövlət katibi Mayk Pompeo və İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“ABŞ Dövlət katibi Mayk Pompeo və İsrail Baş naziri Benyamin Netanyahu bu gün İraqdakı vəziyyəti, eləcə də İranın regionda artan təhlükəsini müzakirə ediblər. Dövlət katibi Tramp administrasiyasının ABŞ-ın maraqlarını, şəxsi heyətini, obyektlərini və müttəfiqlərini qorumaqda qərarlı olduğunu deyib”, - məlumatda qeyd olunub.