Süleymani öldürüldü, neft bahalaşdı
Dərc olunub:
3-01-2020, 10:38
SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin öldürülməsi xəbəri fonunda neftin qiyməti bahalaşıb.
Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 3,05% artaraq, 68,27 dollar, VTİ markalı neftin bir barrelinin qiyməti isə 2,83% artaraq 62,91 dollar təşkil edib.