Sizin Reklam Burada

Tramp İranla müharibə istəmədiyini bəyan edib

Tramp İranla müharibə istəmədiyini bəyan edib
ABŞ Prezidenti Donald Tramp İranla silahlı münaqişə istəmədiyini bəyan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp jurnalistlərə açıqlamasında sülhü sevdiyini və İranın sülhə daha çox can atmalı olduğunu vurğulayıb.ABŞ Prezidenti silahlı münaqişə baş verməsini proqnozlaşdırmadığını söyləyib: “İranın da ABŞ-la silahlı münaqişənin başlamasını istədiyini düşünmürəm”.

Qeyd edək ki, ABŞ Kərkük yaxınlığındakı bazasına raket zərbəsi nəticəsində bir amerikalı hərbçinin ölməsinə cavab olaraq dekabrın 29-da "Hizbullah"ın İraqdakı qolu olan "Xətaib Hizbullah" qruplaşmasının Əl-Kaim şəhəri yaxınlığındakı bazasını bombalayıb. Qırıcı təyyarələrdən endirilən zərbə nəticəsində İraqda qanuni silahlı birləşmə kimi tanınan “Əl-Həşd aş-Şaabi” könüllü şiə qruplaşmasının tərkibində yer alan "Xətaib Hizbullah"ın ən azı 25 döyüşçüsü öldürülüb, 55 nəfər yaralanıb. Ölənlərin arasında qruplaşmanın dörd komandiri də var.

Dünən ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Aksiyanın gedişində səfirlik boşaldılıb. “Əl-Həşd aş-Şaabi” könüllü şiə qruplaşmasının yüzlərlə tərəfdarı ABŞ səfirliyinin ərazisinə daxil olub, səfirliyin əsas giriş qapısını və səfirliyi əhatə edən divarları yandırıblar. Səfirliyin mühafizə xidmətinin əməkdaşları və polis aksiyaçılara qarşı gözyaşardıcı qaz tətbiq edib, havaya atəş açıblar. Nəticədə 20 nəfər xəsarət alıb.

ABŞ Prezidenti Donald Tramp İraq səfirliyinə hücuma görə İranı ittiham edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər