27 dek 08:14dunya

Pakistanla Hindistan ordusu arasında DƏHŞƏTLİ DÖYÜŞ, çox sayda ölü var

Pakistanla Hindistan ordusu arasında DƏHŞƏTLİ DÖYÜŞ, çox sayda ölü varPakistan - Hindistan sərhədində şiddətli toqquşma baş verib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusundan məlumat verilib. Bildirilib ki, hindistanlı əsgərlərin Kəşmir bölgəsindəki Hacı Pir nəzarət məntəqəsini atəşə tutması nəticəsində iki pakistanlı hərbçi həlak olub. Açıqlamaya görə, cavab atəşi nəticəsində Hindistana məxsus hərbi məntəqə yerlə bir edilib. Nəticədə 3 əsgər həlak olub.

Hindistan ordusu isə atəşkəsin pozulmasına görə, qarşı tərəfi ittiham edib. Atışma zamanı daha bir dinc insanın həlak olduğu bildirilir. Toqquşma zamanı hər iki tərəf ağır silahlardan istifadə edib. Hazırda sərhəddə ara-sıra silah səsləri eşidilir.
XƏBƏR LENTİ
SORĞU