19 dek 09:35dunya

“Demokratların Trampa qarşı səlib yürüşünə başlaması Ağ Ev sahibinin reytinqini artırıb”

“Demokratların Trampa qarşı səlib yürüşünə başlaması Ağ Ev sahibinin reytinqini artırıb”
"ABŞ Konqresinin Nümayəndələr Palatası səs çoxluğu ilə prezident Donald Trampa qarşı impiçment proseduruna başlamağa qərar verdi. Bu qərar Senatda təsdiq olunmalıdır. Trampın bəxti onda gətirib ki, Respublikaçılar Partiyası Senatda çoxluqdadır, əksi olsaydı Ağ Ev sahibinin siyasi taleyi bəri başdan həll olunmuşdu".

Bunu politoloq Elxan Şahinoğlu ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən bu ölkənin prezidenti Donald Trampa qarşı impiçment elan etməsinə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, Donald Tramp Respublikaçılar Partiyasının fəal üzvü sayılmır, heç vaxt Konqres üzvü olmayıb, partiyanın tədbirlərində iştirak etməyib.

"O, 2016-cı ildə prezident seçkisinə qatılmaq üçün Respublikaçılar Partiyasını seçib.

Respublikaçılar Partiyasının Nümayəndələr Palatasında demokratlara qarşı müqaviməti və prezidenti hücumlardan qorumağa çalışması, o cümlədən Senatdakı səsvermədə Ağ Ev sahibini dəstəkləyəcəyi Donald Trampı partiyasına daha çox bağlayacaq. Donald Tramp partiyasına borclu qalmış olacaq və əgər ikinci dəfə prezident seçilərsə, təyinatları partiyasının başında dayanan şəxslərlə razılaşdırmalı olacaq. Demokratlar Partiyasının Trampa qarşı səlib yürüşünə başlaması amerikalıların bir qisminin xoşuna gəlməyib və Ağ Ev sahibinin reytinqini artırıb", - deyə Şahinoğlu bildirib.
XƏBƏR LENTİ
SORĞU