16 dek 10:41dunya

Dünyanın ən güclü dövlətləri: Azərbaycan neçəncidir?

Dünyanın ən güclü dövlətləri: Azərbaycan neçəncidir?Dünyanın ən güclü ölkələrinin reytinqi yayımlanıb.

Reytinqi ABŞ-ın “BAV Qrup” şirkəti hazırlayıb.

Reytinqin hazırlanması zamanı bir neçə faktor - dövlətin iqtisadi və hərbi gücü, siyasi təsiri, dünya liderliyi, eləcə də beynəlxalq alyanslara üzvlüyü – nəzərə alınıb.

Siyahıda ilk yeri ABŞ tutub. ABŞ dünyanın ən güclü iqtisadiyyatına və ən böyük büdcəsinə malikdir.

ABŞ-dan sonrakı yerlərdə Rusiya, Çin, Almaniya və Britaniya qərarlaşıb.

Azərbaycan isə dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşıb.

Bununla da ölkəmiz Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər ölkələri qabaqlayıb.
XƏBƏR LENTİ
SORĞU