15 dek 14:29dunya

Türk donanması İsrail gəmisini qovdu – Gərginlik

Türk donanması İsrail gəmisini qovdu – Gərginlik
İsrail və Cənubi Kiprdən olan mütəxəssisləri daşıyan İsrailin “Bat Qalim” adlı araşdırma gəmisi Türkiyə Hərbi Dəniz Donanmasına aid bir gəmi tərəfindən Aralıq dənizinin şərqindən çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” telekanalının müxbiri Barak Ravid Tvitter hesabında yazıb.

Ravidin sözlərinə görə, Türkiyə donanmasına aid gəmi “Bat Qalimə” ərazidən uzaqlaşması barədə əmr verib. Müxbir iddia edir ki, hadisə zamanı gəmi Cənubi Kiprin ərazi sularında olub.
XƏBƏR LENTİ
SORĞU