15 dek 12:09dunya

Beyrutda etirazlar: çoxlu sayda yaralı var

Beyrutda etirazlar: çoxlu sayda yaralı var
Livanın paytaxtı Beyrutda nümayişçilərlə polis və təhlükəsizlik qüvvələrinin toqquşması nəticəsində azı 54 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Röyters” agentliyi yayıb.

Məlumata əsasən, etirazçılar parlament binasına daxil olmağa cəhd göstəriblər. Təhlükəsizlik qüvvələri onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifa edib.

Qeyd edək ki, oktyabrın 17-də Livanda başlayan kütləvi etiraz aksiyaları oktyabrın 29-da Saad Hariri başda olmaqla koalisiya kabinetinin istefasına gətirib çıxarıb.
XƏBƏR LENTİ
SORĞU