15 dek 10:26dunya

Türkman liderdən kütləvi aksiyalara reaksiya

 Türkman liderdən kütləvi aksiyalara reaksiya
İraqdakı etirazlar sülhpərvərliyini qorumalıdır.

Avrasiya.net xəbər verir ki, bunu İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi deyib. O, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsi gərəkdiyini söyləyib.

Salehi yeni hökumətin qurulması ilə konstitusiya dəyişikliyində türkmanların hüquqlarının da nəzərə alınmalı olduğunu bildirib.

Türkman lider 2003-cü ildən bəri hüquqlarının pozulduğunu və bu vəziyyətin sona çatmasını istədiklərini vurğulayıb.

Qeyd edək ki, İraqda oktyabrın 1-dən işsizlik və rüşvətxorluğa qarşı keçirilən aksiyalarda ümumilikdə 460 nəfər həlak olub, 19 min nəfər yaralanıb.
XƏBƏR LENTİ
SORĞU