14 dek 17:29dunya

İraqda şok: Etirazçılar yeniyetməni linç edib, boğazını üzd

İraqda şok: Etirazçılar yeniyetməni linç edib, boğazını üzd
İraqın paytaxtı Bağdadda etirazçılar yeniyetməni linç ediblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti yayıb.

Məlumata görə, etirazçılar Bağdadın mərkəzində etiraz aksiyası keçirən zaman 16 yaşlı gənc tapançadan havaya atəş açıb ki, aktivistər onun evinə yaxın gəlməsinlər. Onun bu addımı etirazçılar tərəfindən səhv anlaşılıb, onlar atəşin onlara açıldığını güman ediblər. Bundan sonra Haytam Əli İsmayılın evinə hücum edən etirazçılar ona 17 bıçaq yarası yetirib, paltarını cıraraq, küçəyə sürüyüb, topuğundan işıqfora asaraq boğazını kəsiblər.

Maraqlı məqam odur ki, yeniyetməyə qarşı işgəncənin dayandırılmasına heç kim, hətta polis belə müdaxilə etməyib.
XƏBƏR LENTİ
SORĞU