12 dek 14:30dunya

Dünyanın ən güclü donanmaları - Siyahı

Dünyanın ən güclü donanmaları - SiyahıABŞ-ın “Nəşnl İnterest” dərgisi dünyanın ən qüdrətli donanmalarının siyahısını tərtib edib.

Axar.az xəbər verir ki, müəlliflərin fikrincə, ilk pilləni ABŞ hərbi-dəniz qüvvələri tutub. Bu donanmanın ən çox gəmiyə sahib olduğu və ən geniş məsuliyyət zonasını əhatə etdiyi qeyd edilir.

“Heç bir hərbi-dəniz donanması ABŞ hərbi dəniz qüvvələri qədər geniş əhatə zonasına malik deyil. Bu donanma müntəzəm olaraq Sakit, Atlantik və Hind okeanlarında, Aralıq dənizi, Fars körfəzi və Afrika burnunda fəaliyyət göstərir”, - deyə materialda qeyd olunur.

Qeyd olunur ki, ABŞ donanmasında 288 gəmi, o cümlədən, 10 aviadaşıyıcı, 62 eskadra-mina daşıyıcısı və 17 freqat gəmisi vardır.

Siyahıda ikinci pilləni 25 eskadra-mina daşıyıcısı, 42 freqat gəmisi və 3 desant gəmisinə malik Çin hərbi-dəniz donanması, üçüncü yeri isə 13 eskadra-mina daşıyıcısı, 1 aviadaşıyıcı, 52 sualtı qayıqla Rusiya hərbi-dəniz qüvvələri tutub.

Dördüncü pillədə Böyük Britaniya donanması qərarlaşıb (19 freqat və eskadra-mina daşıyıcısı, yeddi atom sualtı qayığı və dörd ballistik raket sualtı qayığı).

İlk beşliyi Yaponiya donanması qapadıb (114 gəmi).
XƏBƏR LENTİ
SORĞU