11 dek 10:55dunya

Makrondan İrana: Dərhal azad edin!

Makrondan İrana: Dərhal azad edin!Fransa Prezidenti Emmanuel Makron İranda saxlanılan 2 fransalının dərhal azadlığa buraxılmasını tələb edib.

Makron Fransa vətəndaşlarının saxlanılmasının qəbuledilməz olduğunu bildirib.

“Bu gün Beynəlxalq İnsan Haqları günüdür. Mənim düşüncələrim Fariba Adelha və Rolan Marşalemlə, həmvətənlərimizlə, onların ailələri ilədir. Onlar dərhal azadlığa buraxılmalıdır”, - deyə prezident bildirib.

Qeyd edək ki, Makronun adını sadaladığı alimlər ikili vətəndaşlığa (Fransa və İran) sahibdirlər. Onlar İranın milli maraqlarına zidd fəaliyyətdə ittiham edilirlər.
XƏBƏR LENTİ
SORĞU