11 dek 10:47dunya

4 nəhəng toqquşa bilər

4 nəhəng toqquşa bilərÇin, Yaponiya, Rusiya və ABŞ XXI əsrdəki savaşların iştirakçısı ola bilərlər.

Axar.az xəbər verir ki, bunu Rusiya Raket və Artilleriya Elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov deyib. Onun sözlərinə görə, hadisələrin belə variantda inkişafı dünyadakı güc mərkəzlərinin birbaşa və ümumi müharibəsi zamanı mümkündür.

Sivkov Rusiya Hərbi Dəniz Donanması və ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantik və Sakit okeanda toqquşa biləcəklərini söyləyib. O, Çin, Rusiya, ABŞ və Yaponiya arasında da toqquşmaların yaşana biləcəyini deyib. Proqnoza görə, bu hərbi toqquşmalar raket-nüvə qarşıdurması xarakteri daşıya bilər.

Sivkov nüvə silahından bu savaşda uduzan tərəfin istifadə edəcəyini qeyd edib.
XƏBƏR LENTİ
SORĞU