10 dek 12:00dunya

Çexiyada xəstəxanada atışma: Ölənlərin sayı 6-ya çatdı

Çexiyada xəstəxanada atışma: Ölənlərin sayı 6-ya çatdıÇexiyanın Ostrava şəhərindəki xəstəxanada atışma baş verib.

Axar.az xəbər verir ki, naməlum şəxs palataların birində insanlara atəş açmağa başlayıb. Nəticədə 4 nəfər həlak olub, iki nəfər yaralanıb.

Yaralıların vəziyyəti ağırdır.

Polis şübhəlini axtarır.

***

Baş vermiş atışma nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Bunu Çexiya Səhiyyə naziri Adam Voytex bildirib.

"Yaralanan 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb", - nazir qeyd edib.
XƏBƏR LENTİ
21-01-2020, 16:36
SORĞU