05 dek 11:54dunya

ABŞ Yaxın Şərqə 14 min əsgər göndərir

ABŞ Yaxın Şərqə 14 min əsgər göndərirABŞ Prezident Administrasiyası Yaxın Şərqdə İrana müqavimət üçün öz hərbi mövcudluğunu artırmaq imkanlarını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb. Məlumata görə, Vaşinqton xüsusilə bölgəyə onlarla gəmi və digər hərbi texnikaları göndərməyə planlaşdırır.

Yaxın Şərqə, həmçinin, 14 min amerikalı hərbçinin də göndərilməsi nəzərdə tutulub.

Bununla belə, xəbərdə Trampın prezident seçkisi ərəfəsində mümkün olduğu qədər yeni konfliktlərdən qaçmağa çalışdığı iddia edilib.
XƏBƏR LENTİ
SORĞU