20 noy 11:10dunya

Prezidentin oğlu mühazirə deyərkən öldürüldü

Prezidentin oğlu mühazirə deyərkən öldürüldüAlmaniyanın eks-prezidenti Rixard fon Vaytszekkerin oğlu həkim Frits fon Vaytszekker Berlinin “Schlosspark-Klinik” klinikasında mühazirə zamanı hücuma məruz qalıb.

Axar.az xəbər verir ki, bunu RBB televiziyası yayıb. Məlumata görə, həkim mühazirədə bıçaqlanaraq qətlə yetirilib. Ona hücumun yerli vaxtla 18:50-də həyata keçirildiyi bildirilib.

Hücum zamanı cinayətkara mühazirədə mane olmağa çalışan şəxslərdən biri də ağır yaralanıb. Cinayətkarın artıq yaxalandığı bildirilib.

Qeyd edək ki, Rixard fon Vaytszekker 1984-1994-cü illərdə Almaniya prezidenti olub.
XƏBƏR LENTİ
SORĞU