15 noy 11:20dunya

“ABŞ neftimizi oğurlayır”

“ABŞ neftimizi oğurlayır”Bunu Suriya Prezidenti Bəşər Əsəd “Rossiya 24” telekanalına müsahibəsində deyib.

“Birləşmiş Ştatlar quldur dəstələri üzərində siyasi rejim kimi qurulmuş dövlətdir”, – Suriya lideri əlavə edib.

“Report” xatırladır ki, noyabrın 6-da KİV-də ABŞ Prezidenti Donald Trampın Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün genişləndirilmiş hərbi missiyanı təsdiqlədiyi barədə xəbərlər yayılıb. Yeni plana əsasən, qoşunlar Deyr-əz-Zordan Əl-Hasakiyə qədər, təxminən, 150 km uzanan ərazidə kürd yaraqlılarının nəzarətində olan böyük ərazini qoruyacaq.

Daha sonra ABŞ Dövlət Departamenti Suriyanın ABŞ-ın nəzarətində olan ərazilərində neftin yerli hökumət tərəfindən hasil olunduğunu, Departamentin Prezidentdən neft yataqları ilə bağlı nə isə etmək tapşırığı almadığını bildirib.
XƏBƏR LENTİ
9-12-2019, 21:04
SORĞU